Şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı – Cəlilabadda

atdiiCəlilabad şəhərində intihara cəhd hadisəsi baş verib

APA-nın məlumatına görə, hadisə fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Ə.Ə. özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
Qız müəllimləri tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR