Sumqayıt Telekommunikasiya Qovşağında “ölü canlar”…

timthumbAkif Əsgərov öz ampulasındadır

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovun qanunazidd əməlləri ilə bağlı dəfələrlə yazılıb.  300 mindən artıq yeyinti faktından tutumuş, “Bayva” fırıldağına kimi…  Amma hər dəfə də, o, ozünə yaxın olan şəxslərin vasitəsi ilə, sudan quru çıxa bilib.

Bizimxeber.az-a Akif Əsgərovla bağlı daha ilginc məlumat daxil olub.

Belə ki, nazir Əli Abbasovla olduqca isti əlaqələri olduğu bildirilən Akif Əsgərov Sumqayıt Telekommunikasiya Qovşağında 10-larla “ölü canlar” saxlayır.  “İşçilər”in adını ştat cədvəlinə yazaraq əmək haqqlarını cibinə qoyan A. Əsgərov təkcə bu yolla hər ay 10 min manata yaxın pul qazanır.  Qovşaqdakı mənbələrdən sayta verilən məlumata görə, adı işdə gedən “ölü canlar” bir dəfə də olsun qovşağa gəlməyiblər və işçilər bu “ölü canlar”ın da yerinə əlavə olaraq işləyirlər. Bu isə əməyin istismarından başqa bir şey deyil.

Bir sözlə, hər yerdə “Cənab nazir Əli Abbasov kimi dostu olan Qovşaq sədri belə olar ” deyən Akif Əsgərov öz ampulasındadır. Yəqin ki, zaman keçdikcə bunun əməllərinə son verən tapılacaq.

Bu barədə daha geniş araşdırma yazısı yaxın günlərdə… Bizi izləyin…Bizimxeber.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR