Sumqayıtda “Nalyotçik” kod adı altında əməliyyat – Erməni təxribatçıların SİYAHISI

1425035881_11012257_955041177839457_214487898_n1988-ci ilin fevral ayının 27-29-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə erməni ekstremistləri Sumqayıtda qanlı aksiya törətdilər. Bir jurnalist kimi Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə 27 ildir ki, məşğul oluram. “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Ermənilərin Sumqayıtda qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt sirləri: faktlar, hadisələr, şərhlər”, “Sumqayıt, 1988. Cinayət və cəza” (Ramazan Məmmədovla birlikdə) adlı kitablarım çap olunmuşdur. Bu kitablar türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunmuşdur.

“Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” 5 seriyalı “Sumqayıt” adlı sənədli filmlərin ssenari müəllifiyəm.

2014-cu ildə Sumqayıt Dövlət Universitetinin prorektoru, professor Ramazan Məmmədovla birlikdə “Sumqayıt, 1988. Cinayət və cəza” adlı sənədli-analitik kitab Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuşdur. Kitab dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdır. Siyasətçilərin, politoloqların, ziyal;ların, jurnalistlərin müxtəlif fikirləri vardır. Onları şərh etməkdən çox-çox uzağam.

Məqsədim ondan ibarətdir ki, illərlə geniş oxucu kütləsinə məlum olmayan bəzi faktları açıqlamaq və oxuculara obyektiv məlumat çatdırmaqdır.

Məlumdur ki, Sumqayıtda təxribat törədənlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, erməni kəşfiyyat orqanları və Daşnak partiyasının ekstremist qrupları idi. Maraqlı fakt burasındadır ki, Sumqayıtda baş verən hadisələrdən bir neçə gün əvvəl Moskvadan 36 nəfər SSRİ DTK-nın əməkdaşı gəlmişdi. Yerli agenturanın verdiyi məlumata görə, Sumqayıtda iğtişaşlar törətmək üçün şəhərə erməni millətindən olan ekstremist qrupları daxil olmaqda idi. Bu haqda Moskvadan gələn nümayəndələrə məlumat verildiklə, onlar hadisələrə müdaxilə etməyi yerli orqan işçilərinə qadağan etmişdilər.

Ermənistanın xüsusi xidmət orqanları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə Sumqayıtda “Nalyotçik” (“Basqınçı”) kodu adı altında təxribat aparmağı planlaşdırmışdılar.

İstintaqa təqdim olunmuş arxiv materiallarından belə sənədlərə rast gəlmək mümkündur. Əməliyyat işinin 146-147-ci səhifələrində tikilmiş və rus dilində tərtib edilmiş siyahıdan aydın olur ki, Sumqayıtda iğtişaş törədənlərə və yetkinləşməmiş gənclərə rəhbərlik edən 40 nəfərə yaxın erməni ekstremist qrupu olmuşdur.

27 ildir ki, bu problemlə bağlı çıxışlarımda, kütləvi informasiya vasitələrində nəşr olunan materiallarımda, müsahibələrimdə belə bir fikir irəli sürmüşəm ki, Sumqayıtda böyük bir ekstremist qrupu fəaliyyət göstərmiş, kütləvi iğtişaşları ssenaridə nəzərdə tutulduğu kimi həyata keçirmişlər. Bir neçə dəfə qeyd etmişəm, indi də təkrar edirəm: 5 nəfər ermənini qətlə yetirmiş və bir neçə erməni qızını zorlamış Eduard Qriqoryanı TƏŞKİLATÇI kimi qələmə vermək düzgün deyil. O, İCRAÇI rolunu oynamışdır.

“TƏŞKİLATÇI” kimi qələmə verilən və Qriqoryana yaxından köməklik göstərən “NALYOTÇİK” qrupunun üzvləri kimlər idi?

Onlarla yaxından tanış olmağınız məsləhətdir.

1. Qriqoryan Albert Robertoviç, (Eduard Qriqoryanın qardaşı), yetkinlik yaşına çatmayan gənclərə narkotik maddələr paylayır və onları erməni ailələrinə hücum etməyə çağırırdı.

2. Qriqoryan Tiqran Robertoviç (Eduard Qriqoryanın qardaşı), gənclərə narkotik paylayır, qarətlə məşğul olurdu.

3. Qriqoryan Ernest Robertoviç (Eduard Qriqoryanın qardaşı), iğtişaşlardan əvvəl azyaşlı uşaqları spirtli içkilərlə təmin edirdi.

4. Saturyan Levon Akopoviç, Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı. “Qarabağ” komitəsinin fəal üzvü. Milli zəmində baş verən hadisələrin təşkilatçılarından biri. Sumqayıtda “Krunk” cəmiyyətinin fəalları ilə mütamadi olaraq əlaqə saxlayır, informasiya toplamaqla məşğul olurdu.

5. Sərkisyan Suren Yuryeviç, “Qarabağ” komitəsinin üzvü. Gəncləri iğtişaşlara səsləyirdi. “Krunk” cəmiyyətinə üzvlük haqqı ödəməyənlərin siyahısına əsasən gəncləri onların evlərinə basqın etməklə məşğul olurdu. Hadisələrdən sonra dərhal Daşkənd şəhərinə köçmüşdür.

6. Markaryan Valeri, Bakı şəhərinin sakini, sürücü. İdarə etdiyi avtobusla Sumqayıtda 4 azərbaycanlını vurub öldürmüş və Bakını tərk etmişdir.

7. Mosesov Eduard Nikolayeviç, “Kommunist” qəzetinin (erməni dilində) müxbiri. Sumqayıt hadisələrində video çəkilişlərin aparılması dislokasiyası ilə məşğul idi.

8. Qriqoryan Artur “Kommunist” qəzetinin (erməni dilində) müxbiri. Foto və video çəkilişlər aparırdı.

9. Aqadlanyan Qriqori, “Kommunist” qəzetinin (erməni dilində) müxbiri. Video və foto çəkilişlər aparırdı.

10. Qriqoryan Benik Setrakoviç, “Krunk” cəmiyyətinin fəal üzvü. Sumqayıt şəhəri, 9-cu mik-n, ev 25e, 5 saylı mənzilin sakini. Sumqayıt şəhəri, 9-cu mik-n, ev 36, 59 saylı mənzildə yaşayan Babayanın ev əşyalarını boşaltdıqdan sonra, hər iki mənzili yandırmış və günahı Quliyev Fəxrəddin Əhəd oğlunun üstünə atmışdır.

11. Petrosyan Viktor Vartanoviç, 1959-cu il təvəllüdlü, 1-ci mik-n, ev 125/34, 28 saylı mənzilin sakini. Sumqayıtda gəncləri mitinqə təhrik edirdi.

12. Petrosyan Vacik Vartanoviç, qardaşı Viktorla eyni tapşırığı yerinə yetirirdi.

13. Qriqoryan Engels Cerkesoviç, “Krunk” cəmiyyətinin fəal üzvü. 1958-ci il təvəllüdlü, 3-cü mik-n, ev 52, 45 saylı mənzilin sakini. Sumqayıtda iğtişaşlar zamanı qarətlə məşğul olan qrupa rəhbərlik edirdi.

14. Davidyan Anatoliy Armaisoviç, “Qarabağ” komitəsinin üzvü. 1955-ci il təvəllüdlü, 1-ci məhəllə, ev 5a, 21 saylı mənzilin sakini. Gəncləri Sumqayıtın 3-cü mikrorayon ərazisinə toplamaqla məşğul idi.

15. Zaxaryan Aram Aqanesoviç, 1959-cu il təvəllüdlü, 11 mik-n, ev 6, 25 saylı mənzilin sakini. İğtişaşlarda qarətlə məşğul olurdu.

16. Maryan Zoya, “Krunk” cəmiyyətinin fəal üzvü. 1948-ci il təvəllüdlü, 7-8-12-ci məh-lə, ev 92a, 6 saylı mənzilin sakini. Sumqayıtda yaşayan ermənilər arasında vasitəçilik rolunu oynayırdı.

17. Avakyan Sergey Qurgenovic, 41 məh-lə, ev 4a, 62 saylı mənzilin sakini. Gəncləri 3-cu mik-na yönəltməkdə fəallıq göstərib.

18.Ambartsumyan Rudik Viktoroviç, 1958-ci il təvəllüdlü, “Qarabağ” komitəsinin üzvü. 41a məh-lə, ev 27, 30 saylı mənzilin sakini. Qarətlə məşğul olub.

19.Melkumyan Edik Ambartsumoviç, 4-cü mik-n, ev 16/25, 26 saylı mənzilin sakini. Şayihələr yaymaqla məşğul olurdu. Bir sıra qarətlərdə iştirak edib.

20.Ambartsumyan Valeriy Mixaylovic, “Krunk” cəmiyyətinin fəal üzvü. 1959-cu il təvəllüdlü, 3-cü mik-n, ev 8, 3 saylı mənzilin sakini. Eduard Qriqoryanın yaxın silahdaşı olub.

21.Ambartsumyan Djapolad Mixayloviç, 1967-ci il təvəllüdlü, 3-cü mik-n, ev 8, 8 saylı mənzilin sakini. Yeniyetmələri öz arxasınca aparırdı. Qarət və oğurluqla məşğul olub.

22.Altunyan Qarik İsayeviç, 1964-cu il təvəllüdlü, 9-cu mik-n, ev 6, 6 saylı mənzilin sakini. Qarət və oğurluqla məşğul olub.

23.Minasyan Albert, “Qarabağ” komitəsinin üzvü. 1939-cu il təvəllüdlü, 6-cı mik-n, ev 35, 4 saylı mənzilin sakini. Hansı mənzillərə hücum olunacağı haqqında gənclərə əvvəcədən məlumat verirdi.

24.Tamrazyan Kamo Georgiyeviç, 1961-ci il təvəllüdlü, 45 məh-lə, ev 79, 73 saylı mənzilin sakini. Eduard Qriqoryanın qardaşlarına köməklik edir, narkotik və spirtli içkilər paylayırdı.

25.Qriqoryan Artaş Masesoviç, 45-ci məh-lə, ev 1/48, 38 saylı mənzilin sakini. Ticarət obyektlərinin qarəti ilə məşğul olurdu.

26.Arakelyan Valeriy Sokratoviç, 7-8-12-ci məh-lə, ev 76, 40 saylı mənzilin sakini. Ev əşyalarının oğurlanması ilə məşğul olurdu.

27.Arakelyan Sergey Sokratoviç, 7-8-12-ci- məh-lə, ev 76, 40 saylı mənzilin sakini. İğtişaşlarda gəncləri istiqamətləndirirdi.

28.Gevorkyan Mixail Qriqoryeviç, “Krunk” cəmiyyətinin fəal üzvü idi. 45-ci məh-lə, ev 5, 18 saylı mənzilin sakini. Oğurluqla məşğul idi.

29.Bomasyan Qoqar, 18-ci məh-lə, ev 16, 8 saylı mənzilin sakini. “Ermənilərə ölüm!” şüari ilə şayihələr yayır və camaatı mitinqə səsləyirdi.

30.Ağababyan Zazyen Karlenoviç, 1955-ci il təvəllüdlü, 3-cü məh-lə, ev 6, 6 saylı mənsilin sakini. “Qarabağ bizimdir!”, “Ermənilərə ölüm!” deyə camaatı mitinqə səsləyirdi.

31.Asatryan Slfvik Qriqoryeviç, “Krunk” cəmiyyətinin üzvü. 10-mik-n, ev 7, 46 saylı mənzilin sakini. İğtişaşların fəal üzvlərindən idi.

32.Pxakadze Konstantin Mixayloviç, Abovyan, Ermənistan. “Nalyotcik”in ən fəal üzvlərindən idi. Stepanakert və Yerevanla əlaqə yaradırdı. Moskvadan gələn DTK-çıların əmrinə əsasən hərəkət edirdi. Hadisələrdən sonra Orta Asiyaya ezam olundu.

33.Sərkisyan Suren Yuryeviç, “Qarabağ” komitəsinin üzvü. 1956-ci il təvəllüdlü, Stepanakert, Pioner kucəsi, ev 4. Hadisələrin gedişatı haqqında informasiya toplayırdı. Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə yaradırdı.

34.Petrosyan və Poqosyan, 1988-ci ildə Moskvada cinayət törədərək Azərbaycana gəlmişlər. Ümumittifaq axtarışında olublar. Sumqayıta maneəsiz gəlməkdə SSRİ DTK-sının köməyi olmuşdur. İğtişaşlar zamanı Qriqoryana yaxından köməklik göstəriblər.

Burada bir məsələyə də toxunmaq istəyirəm. 1988-ci ilin fevral hadisələrində Qriqoryana ekstremist qrupu ilə yanaşı, erməni millətindən olan xüsusi xidmət orqanlarının əməkdaşları yaxından köməklik etmişdilər. “Bakinski raboçi” qəzeti 2011-ci il, 1 mart tarixli sayında yazırdı: “Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materiallarından aydın olur ki, Dağlıq Qarabağda separatçı qüvvələrdən olan Sərkisyan, Osipyan və başqaları SSRİ Dövlət Təhlükəsizlik Komitəsənin agentləri olublar. Onlar Sumqayıt hadisələrində fəal iştirak etmiş, sonra Orta Asiya respublikalarına ezam olunmuşdular. Bu agentlərin izi Özbəkistanda və Qırğıztanda baş verən iğtişaşlarda üzə çıxmışdır. Bu fakt bir daha onu sübut edir ki, Sumqayıtda, Fərqanədə, Oşda, Taşlakda baş verən provakasiyalar bir mərkəzdən təşkil edilmiş və həyata keçirilmişdir”.

Sumqayıtda baş verən hadisələrdə 32 nəfər insan qətlə yetirildi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. “NALYOTÇİK” ekstremist qrupu Sumqayıtda öz “vəzifə”sini yerinə yetirdikdən sonra Moskvadan gələn SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları təcili olaraq şəhəri tərk etdilər. Moskvaya qayıdan orqan işçilərinin rütbələri artırılmış, vəzifəcə yüksəlmişlər. Rusiya Federasiyasının keçmiş prezidenti B.Yeltsinin vaxtında nazir, baş nazir, “FSB”-də məsul vəzifələrdə işləmiş Stepaşini, Çernenkonu, Nikolayevi və başqalarını misal göstərmək olar.

SSRİ Baş Prokurorluğu, kütləvi informasiya vasitələri Sumqayıt hadisələrində bilavasitə iştirak edən erməni millətindən olan ekstremistlərin adlarını gizlətmişdilər. Bu, yuxarıda adlarını çəkdiyimiz, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının göstərişi idi. Bütün cinayət hadisələri azərbaycanlıların üzərinə atılmalı idi.

“Nalyotçik” ekstremist qrupunun fəaliyyətini ifşa edən Azərbaycanın hüquq-mühafizə orqanlarının xüsusi xidməti olmuşdur.

Maraqlı faktlardan biri də odur ki, hüquq-mühafizə orqanlarının arxiv materiallarından məlum olur ki, Eduard Qriqoryan 1988-ci ilin əvvəllərində Stepanakertdə, hal-hazırda Ermənistan Respublikasının prezidenti olan Serj Sərkisyanla, “Krunk” cəmiyyətinin fəalları Manucarovla, Dədəmyanla görüşmüşdü. Görəsən, qatı millətçi və heç bir kompromisə getməyən Serj Sərkisyanın tüfeyli həyat sürən Eduard Qriqoryanla Stepanakertdə nə işi ola bilərdi? Cavab aydındır. Dağlıq Qarabağ məsələsi düyünə düşmüşdü. Bu düyünü açmaq üçün isə Sumqayıt variantından istifadə etmək lazım idi.

SSRİ-nin və Ermənistanın xüsusi xidmət orqanları “NALYOTÇİK” kodu adı altında keçirdikləri əməliyyat demək olar ki, “uğur”la həyata keçirildi. Erməni millətçiləri dünya ictimaiyyətinə azərbaycanlıları başkəsən, bandit və quldur kimi qələmə verməyə çalışdılar. Böhtan xarakterli təbliğat mexanizmi işə salındı. Lakin ermənilərin iftira dolu böhtanları gec də olsa ifşa olundu. Sumqayıtda baş verən hadisələrdə əsl günahkarların kim olduğu geniş ictimaiyyətə məlum oldu.

Son illər Serj Sərkisyanı Xocalı soyqırımında haqlı olaraq ittiham edirik. Artıq bir çox xarici ölkələrin nüfuzlu təşkilatları və beynəlxalq qurumları Sərkisyanın Xocalıda cinayət törətdiyinə, əlinin qana bulaşdığına inanırlar. Sərkisyanın əli Sumqayıtda yaşayan ermənilərin qanına bulaşmasa da, onun Sumqayıt hadisələrinin əsas təşkilatçılarından biri olduğuna şübhə qalmır.

Sumqayıtda Z.Ağababyan, E.Misesov, N.Qriqoryan, K.Tamrazyan, D.Ağadjanyan, D.Ambartsumyan həbs edilmişlər. Bu haqda SSRİ Daxili İşlər naziri Vlasovateleqram vurulmuşdu. Nazir Rusiyanın ayrı-ayrı bölgələrindən erməni millətindən olan bir neçə nəfəri təcili olaraq Sumqayıta ezam etmişdir. İstintaq materialları azərbaycanlı müstəntiqlərin əlindən alınıb erməni müstəntiqlərinə verilmişdir. Bir neçə gündən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının tələbi və göstərişi ilə istintaq işinə xitam verilmişdir. Cinayətkarlar azad olunmuş və Sumqayıtı tərk etmişlər.

Bütün bunlar bir daha onu sübut edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünulmüş və planlaşdırılmış bir aksiya idi.

 

Eyruz Məmmədov,
Respublikanın əməkdar jurnalisti

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR