Tanınmış türk aktyor öldü (VİDEO)

84746Türkiyənin tanınmış aktyoru Aytaç Yörükaslan vəfat edib. ANS PRESS-in məlumatına görə, nəfəs çatışazlığı və mədə qanaxması diaqnozu ilə xəstəxanaya çatdırılan 77 yaşlı aktyor ötən gün səhərə yaxın dünyasını dəyişib.

Aytaç Yörükaslan 1937-ci ildə dünyaya gəlib. İlk dəfə teatrda səhnə həyatına addım atan aktyor daha sonra bir çox filmdə və serialda çəkilib. “Super baba” serialında canlandırdığı obraz aktyora şöhrət qazandırıb.

“Bebeğim”, “Şubat Soğuğu”, “Yusuf Yüzlü”, “Kimsecikler”, “Sıcak Saatler”, “Mektup”, “80. Adım”, “Kurtuluş”, “Kız Kulesi Aşıkları”, “Süper Baba”, “Kuş Sayfaları”, “Aşk Filmlerinin Unutulmaz Yönetmeni”, “Sis”, “Zalimler”, “Ay Yıldız Fedaileri” aktyorun çəkildiyi film və seriallardan bəziləridir.
Allah rəhmət eləsin!

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR