Toyda gəlini başqasına ərə gedən bəy: “Məni tələyə saldılar” – FOTO

41592_1Hindistandakı toylardan birində gəlinin qonaqlardan birinə ərə getməsi, bəyin isə elə oturduğu yerdə yatması ilə bağlı xəbər ötən həftə dünya mediasının gündəmində idi.
Bu olay tragikomik, qəribə sayıldı.
Həmin toyda gəlinini “itirən” və yatıb qalan bəy dünən başına gələnlərdən danışıb, olaydan bəhs edib.
Milli.Az Hindustan Times-a istinadən bildirir ki, 25 yaşlı Cuqal Kişorun sözlərinə görə, toyunda gəlini olmuş 23 yaşlı İndiravati onu ələ salıb, biabır və təhqir edib.
Hindistanın Uttar-Pradeş ştatındakı kəndlərdən birində yaşayan Cuqal Kişor söyləyib:

“Onlar toyda mənə ənənəvi şirniyyat verəndə yuxu dərmanından istifadə ediblər. İçinə sedativ preparat vurub şirniyyatı mənə veriblər, mən də o şirniyyatdan bir tikə yeyəndən sonra dərmanın təsirinə məruz qalmışam. Yuxu tutub, oturduğum kətildə yatmışam. İki saat davam edən yuxum ərzində İndiravati toydakı qonaqlardan birinə ərə gedib. O qonaq İndiravatinin əvvəlki sevgilisi imiş və bu qız məni, sən demə, sevməyib. İndiravati ilə ailəsi məni biabır, təhqir etdilər. Onlardan polisə şikayətlənmək istədim, lakin valideynlərimlə qohumları məni dilə tutaraq belə addım atmamağımı dedilər”.

Onun sözlərinə görə, toyun olduğu kəndə yollanmaq üçün 520 km yolu qət etdiyi üçün çox yorulmuşdu. Yuxu dərmanı qəbul edəndən sonra isə o, yorğun olduğundan tir-tap düşübmüş.
İki saat sonra özünə gələndə isə Cuqal gəlini İndiravatinin toydakı qonaqla -Harpal Sinqhlə ailə qurduğunu görüb.
Harpal gəlinin dayısı oğludur.
İndiravatinin ailəsi isə bu ittihamları rədd edib, Cuqal Kişorun toyda içib sərxoş olduğunu, əyyaş kimi davrandığını söyləyib.
Cuqalın böyük qardaşı, 34 yaşlı Ravi Kumar da toyun fırıldaq olduğunu deyir: “Qardaşım sağlam insandır və əsla spirtli içki içmir. İndiravatinin ailəsi bizi təhqir etmək, aşağılamaq üçün belə etdi.

Toydan sonra hospitala, müayinəyə yollandıq. Həkimlər qardaşımı müayinə edəndən sonra dedilər ki, Cuqala güclü sedativ preparat verildiyindən onun qan təzyiqi artıb və huşunu itirib. Əslində, toyda qardaşım huşunu itirəndə səs-küy qaldırmışdıq, həkim axtarırdıq. İndiravatinin ailə üzvləri, valideynləri sanki heç nə olmamış kimi davranırdılar”.

İndiravatinin kiçik qardaşı, 18 yaşlı Suraj iddiaları rədd edib: “Əslində onlar bizi aldadıblar. Biz kimsəyə yuxu dərmanı verməmişik. Cuqalın ailəsi onun epilepsiya xəstəsi olduğunu bizdən gizlətmişdi. Cuqalı da toyda əsməcə tutdu və o, yıxılıb huşunu itirdi. Üstəlik, o, çox içmişdi, sərxoşdu. Bacımı xəstə, əyyaş adama ərə verəsi deyildik ki?!”
Milli.Az
41592_3 41592_2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR