TQDK: Nəticələr bu gün açıqlanacaq

84443_res_01Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanı vermiş bakalavrlara müraciət edib.

Lent.az-ın məlumatına görə, imtahan nəticələrinin axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, TQDK fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.

İmtahan respublikanın 6 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR