Ukraynada atəş kəsilmədi: Debaltseve uğrunda döyüşlər davam edir

publika.az1424043462seperatcilarRusiyameyilli separatçılar Avropa müşahidəçilərini Ukraynaın şərqində müharibənin getdiyi Debaltseve şəhərinə buraxmayıblar.

Publika.az-ın məlumatına görə, ATƏT, ötən gecə yarısından başlayaraq Ukraynanın şərqində atışmaların dayandırılmasına dair razılıq əldə olunsa da, üsyançıların nəzarətindəki Luqansk və Donetsk arasındakı dəmir yolu qovşağı olan Debaltsevedə döyüşlərin davam etdiyini bildirib.

Üsyançıların iddiasına görə, atəşkəs razılığı Debaltseveyə şamil olunmur. Şəhərdə üsyançılar Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır.

Ukrayna ordusunun sözçüsü Andriy Lısenkonun sözlərinə görə, keçən həftə Belarus paytaxtı Minskdə əldə olunan atəşkəs razılığı qüvvəyə minəndən sonra bir neçə saat ərzində separatçılar Kiyev qüvvələrini 10 dəfədən artıq artilleriya hücumuna məruz qoyub. Ancaq o, ümumilikdə ölkənin şərqində sabitliyin bərqərar olduğunu bildirib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib ki, Luqansk regionunda atışmalara görə Rusiya kazakları məsuliyyət daşıyır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR