Ukraynada atəşkəs pozuldu, hər iki tərəfdən ölən və yaralananlar var-VİDEO

ukrayna_2015021711Minsk razılaşmalarına əsasən, fevralın 15-dən qüvvəyə minən atəşkəs rejimi yenidən pozulub. APA TV-nin məlumatına görə, bölgədən silahlı qarşıdurma ilə bağlı xəbərlər gəlməkdə davam edir. Tərəflər atəşkəsin pozulmasına görə bir-birilərini ittiham edirlər.

“Donetsk Xalq Respublikası” separatçı rejiminin qərargah rəisinin müavini Eduard Basurin bildirib ki, Ukrayna tərəfi atəşkəs istəmir: “Ordu məntəqələrimizə hücum etməkdə davam edir. İki hərbi birliyimizə Ukrayna ordusu hücum edib. 2 nəfər ölüb, 90 nəfər yaralanıb”.

Ukrayna ordusundan gələn açıqlamada isə bildirilir ki, atəşkəs rejimindən sonra 5 nəfər ölüb, 20 əsgər yaralanıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Lısenko bildirib ki, Separatçılar Ukrayna ordusunun mövqelərinə 129 dəfə hücum ediblər: “Ordu işğal edilmiş torpaqlarımızı qorumaq üçün orda idi. Təkrar edirəm, ordu sadəcə olaraq separatçılar tərəfindən açılan atəşə qarşılıq verib”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR