Virus-məmurlara qarşı Anti-virus proqramı

Connect TV və ADSL1402294293“Connect” şirkətinin Qafqaz Xəbər Agentliyinə qarşı təxribatı

Ötən yazılarımızın birində bəzi məmurların mətbuatla savaşından bəhs etmişdik. Qısa xatırlatma üçün bildirək ki, elektron medianın olmadığı illərdə məmur təbəqəsi mətbuatla mübarizənin yolunu belə tapmışdı: əyalətdəki məmur qəzeti rayonun ərazisinə buraxmırdı, hansı yollasa qarşısını alırdı və guya bununla özünü sığortalayırdı. Bəzi məmurlar isə biabır olmamaq üçün səhər tezdəndən öz elçilərini qəzet köşklərinin qabağına göndərib qəzetin bütün sayını “topdan” aldırırdı ki, məlumat cəmiyyətə çatmasın. Hətta acığından qəzetin bütün sayını alıb yandıranlar da olub. Bunlar demək olar ki, qalıb keçmişdə. İndi başqa dövrandır. Elektron media bütün dünyada meydan sulayır. İndi nə köşk var ki, gedib qabağınlı kəsdirəsən, nə də kağız var ki, yandırasan. İndi odda yanmaz, suda batmaz elektron media var. Amma bəzi virus-məmurlar elektron medianın da yolunu tapıblar. Məlumdur ki, hər bir sayt müəyyən provayder vasitəsilə cəmiyyətə çatdırılır. Sayt rəhbəri ilə dil tapa bilməyən məmur provayderlərin rəhbərləri ilə sıcaq münasibət qurur və onlardan xahiş edir ki, filan saytda, məsəl üçün, qafqaznews.az saytında onunla bağlı yazı getdiyi üçün həmin saytın domeninə provayder tərəfindən blok qoyulsun ki, provayderin müştəriləri qafqaznews.az saytında həmin məmurla bağlı yazını oxuya bilməsinlər. Yəni bəzi məmurlar provaydrerlərlə sövdələşməyə girərək xəbər saytlarının domenlərini qara siyahıya salaraq həmin sayta girişə məhdudiyyət yaradırlar. Bir sözlə, bəzi məmurlar virus rolunda çıxış edirlər. Konkret olaraq bu gün “Connect” şirkəti tərəfindən Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) saytının domeninə məhdudiyyət qoyulub. Biz “Connect”şirkətinin 159 qaynar xətti ilə və 012 510 88 48 nömrəsi ilə dəfələrlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istəsək də zənglərmizə cavab verən olmadı. Görünür sonuncu yazılarmız hansısa məmura, yaxud da oliqarxa o qədər təsir edib ki, o məcburiyyət qarşısında qalaraq Connect şirkətiylə sövdələşməli olub. Üzümüzü bu tip şirkətlərə və onlarla əlbir olan bəzi məmurlara tutub deyirik ki, cəmiyyəti obyektiv informasiyadan məhrum eləməyin bircə adı var: sabotaj. Belələrinə qarşı anti-virus tədbirlərinin görülməsinə ciddi ehtiyac yaranıb.

Sənan Məmmədli 

Qafqaz Xəbər Agentliyi(qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR