“Windows XP” bahalaşdı

84532Windows XP-nin dünya fərdi kompüterlər bazarında payı 15 faizi ötür

Microsoft korporasiyası Windows XP əməliyyat sisteminin rəsmən dəstəklənməsini on ay əvvəl dayındırsa da, ondan həm istehlakçılar, həm də korporativ müştərilər istifadə etməkdə davam edir. Lakin köhnəlmiş platformadan istifadə qiyməti bahalaşıb.

ANS PRESS-in məlumatına görə, Windows XP istifadəçiləri üçün Custom Support Agreement (CSA) xüsusi proqramının qiyməti bir kompüter üçün 400 dollar təşkil edəcək ki, bu da hazırkı qiymətdən iki dəfə bahadır. bu barədə ICTnews elektron xəbər xidməti bildirir.

CSA abunəçiləri Windows XP üçün əsas yeniləmləri hələ də fərdi qaydada alırlar. Microsoft proqramı əməliyyat sisteminə tələbatın olması ilə əlaqədar tətbiq edib.

Net Applications analitiklərinin məlumatına görə, 2015-ci ilin yanvarında Windows XP Windows əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin 20,7 faizində quraşdırılıb ki, bu da təxminən 300 milyon qurğuya uyğundur.

İnformasiya təhlükəsizliyi məsələləri ilə məşğul olan Secunia şirkətinin nümayəndələri bildiriblər ki, Windows XP-nin dünya fərdi kompüterlər bazarında payı 15 faizi ötür. StatCounter servisi bu göstəricinin 12 faiz səviyyəsində olduğunu açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR