Yer insanları belə uddu (VİDEO)

84539Bədbəxt hadisə anbəan avtobusun təhlükəsizlik kamerasına düşüb

Sosial şəbəkədə insanın qanını donduran dəhşətli görüntülər yayılıb.

ANS PRESS-in məlumatına görə, yayılan videoda avtobusdan düşən iki nəfərin qəfildən yerdə açılan çuxura düşdüyü müşahidə olunur.

Hadisənin Cənubi Koreyada baş verdiyi bildirilir.

Naməlum çuxura düşən qadın və kişi daha sonra xilasedicilərin yardımı ilə quyudan çıxarılır.

İnsan tələfatının baş vermədiyi hadisədə yerin hansı səbəbdən çökməsi və bunun nə çuxuru olması barədə məlumat verilməyib.

Baş vermiş bədbəxt hadisə isə anbəan avtobusun təhlükəsizlik kamerasına düşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR