Yığmamız Çinlə qarşılaşacaq

50387U-21 iki yoldaşlıq oyunu keçirəcək

İyirmi bir yaşadək futbolçulardan ibarət yığmamız bir həftə ərzində iki görüş keçirəcək.

ANS PRESS-in məlumatına görə, fevralın 20-dən 26-a qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) xəbər verilib.

Xəbərdə bildirilir ki, gəncərdən ibarət yığmamız fevralın 23-də Qananın U-21 yığması, fevralın 26-da isə Çinin “Hunan Billows” klubu ilə qarşılaşacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR