Zabit Səmədov bu gün Türkiyədə rinqə çıxacaq-VİDEO

10613Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyənin peşəkar rinqinin əsas döyüşünə çıxacaq

Gürcüstanda doğulmuş və 10 yaşında Minsk şəhərinə köçmüş soydaşımız Zabit Səmədov bir neçə dəfə Dünya və Avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur. Və bu sahədə də xeyli qələbələr qazanmışdır. 26 yanvar 2007-ci ildə Fransada keçirilən K-1 Rules Kick Tournament 2007 -in Marseilles-in birincisi olub. 13 iyul 2008- ci ildə Səmədov K-1 -in ən məşhur döyüşçülərindən biri olan (Ray Sefo ) ilə döyüşür.Bu döyüş Səmədov üçün çox çətin keçir, lakin o bu çətinliyin öhdəsindən gələrək qələbə qazanır. 23 may 2009 -cu ildə Zabit Səmədov Polşada keçirilən yarışda 3 doyüş keçirir və 3 doyüşü də qələbə ilə başa vurub yarışın çempionu olur.Kikboksçumuz Z.Səmədov sonuncu döyüşünü keçən il dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər sahibi, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib və qələbə qazanıb.Qeyd edək ki, Zabit Səmədov 2014-cü ild 3 görüş keçirib və hamısında qələbə qazanıb.

Qafqaz Xəbər Agentliyi  xəbər verir ki,bu gün,fevralın 28-də soydaşımız Türkiyədə keçirilən mötəbər yarışda iştirak edəcək.  İstanbulun “Sinan Erdem” arenasında baş tutacaq turnirdə 14 peşəkar döyüşçü mübarizə aparacaq. Lakin 15 min tamaşaçı tutumlu arenada günün həlledici döyüşü məhz Zabit Səmədovla türkiyəli idmançı Mert Akın arasında keçiriləcək. Xatırladaq ki, yarışma “Kanaltürk” də bizim vaxtla saat 23:00-da yayımlanacaq.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR