Zakir Həsənov generalları cəbhə bölgəsinə topladı

85104_srcMüdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub və nazirliyin rəhbərliyinin iştirakı ilə komandir heyəti ilə toplantı keçirib.

Virtualaz.org saytının Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəislərinin iştirak etdiyi müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

85101_res_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR