“20 Yanvar” taksilərindən pul yığılır

20150314-171606linkNəqliyyat Nazirliyi qanunsuz taksi fəaliyyətinə göz yumur. Metronun “20 Yanvar” stansiyası qarşısında çalışan sürücülərin əksəriyyyəti lisenziyasız işləyir.

Tia.az-ın müxbiri yazır ki, Nəqliyyat Departamenti əməkdaşları bu halları görməzlikdən gəlmək üçün qanunsuz taksi işlədən sürücülərdən gündəlik rüşvət yığır. Nəqliyyat müfəttişlərinin qanunsuz pul yığması elə qanunsuz taksi xidmətinə də rəvac verib.

Əməkdaşımız öyrənib ki, sürücülərdən gündəlik yığılan pulların bir qismi müfəttişlər arasında bölüşdürülür, yerdə qalan böyük hissəsi isə mərkəzi dairələrə çatır.
Eyni qayda Bakı-Sumqayıt marşrutlar sürücülərinə də şamildir. Onların arasında sürücü sənədi olmadan işləyənlər var. Nazirliyin vaxtaşırı keçirdiyi reydlər isə kosmetik xarakter daşıyır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR