3 ildir küçədə yaşayan milyonçu (FOTO)

86785Bu dünya öz qəribəliklə seçilən insanlardan xali deyil

Şan-şöhrətin və var-dövlətin dəyişmədiyi birini tapmaq çox çətindir. Demək olar ki, bizim hər birimiz milyonçu olsaydıq yəqin ki, artıq özümüzə villalar, bahalı maşınlar və brend geyimlər almışdıq. Sən demə, hər kəs belə etmirmiş. Çünki bu dünya öz qəribəliklə seçilən insanlardan xali deyil.

ANS PRESS pulun dəyişdirmək iqtidarında olmadığı amerikalıdan bəhs edəcək. Daniel Norris 3 ildir milyonlar qazanmasına baxmayaraq hələ də küçədə yaşayır. Köhnə avtobusu praktiki olaraq onun evidir. Ay ərzində 800 dollardan çox xərcləməyən Daniel sürdüyü həyatdan narazı olmadığını iddia edir.

Daniel tez-tez özünün köhnə avtobusu ilə supermarketin parkinq meydançasında gecələyir. O, bunu yoxsulluq üzündən etmir, milyonları olan Daniel sadəcə belə istəyir.

Daniel Norris “Toronto Blyu Ceys” beysbol komandasının parlaq ulduzudur. Komanda yoldaşlarının villaları və bahalı avtomobilləri var, o isə oyunlardan qazandığı pullara yalnız mayka almaqla kifayətlənir.

Peşəkar idmançı artıq 3 ildir avtobusda yaşayır və bu onun yeganə evidir.

Bu kişi öz milyonluq qonorarlarından ayda yalnız 800 dollar xərcləyir və bu pulun ona yetərli olduğunu deyir. Onun adi günü kiçik qəhvəaltı ilə başlayır, sonra isə çimərliyə gedir və serfinqlə məşğul olur.

Həyatından razı olan idmançı heç nəyi dəyişmək istəmir. Ağlına gəldiyi yerə öz avtobusunda getmək, dalğaların səsindən həzz almaq və çimərlikdə yatmaq xoşuna gəlir. Bu milyoner boş vaxtlarında hətta doğma Tennesidəki mağazada işləyir.

Öz həmkarlarından seçilsə də, həyat tərzi ona idmanda fövqəladə nəticələr əldə etməyə mane olmur. Bundan əlavə, Daniel deyir ki, yaxşı oynamaq üçün olduğun kimi qalmalısan.

Əgər Daniel bu ruhda oynamaqda davam etsə, komanda tezliklə onunla 50 milyonluq müqavilə bağlaya bilər. Lakin buna baxmayaraq da vərdiş olduğu həyat tərzini dəyişmək fikrində olmadığını deyən Daniel, azadlığını və köhnə avtobusunu heç nəyə dəyişməyəcəyini bəyan edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR