
Ukraynada yaşayan 68 yaşlı bir qadının əsgər kimi orduya daxil olması hər kəsi şoka salıb. Uzun müddətdir Ukraynada davam edən müharibədən və rus əsgərlərinin xalqı qorxuya salmasından bezən nənə orduya yazılmağa qərar verib. Komandirləri razılaşdırmağı bacaran yaşlı qadın indi normal əsgərlər kimi təlimlərdə iştirak edir. “Kalaşnikov” dan atış dərsləri alan nənə digər təlimlərdən də uğurlu çıxacağını deyib. “Punisher” (cəzalandırıcı) adı ilə tanınan yaşlı nənə ruslara qarşı mübarizə aparmaq üçün cəbhəyə göndərilir.
musavat.com