ABŞ Rumıniya və Bolqarıstanda təlimlərə başlayıb

img1774005Pentaqon başçısı Stiv Uorren Rumıniya və Bolqarıstanda ABŞ hərbi təlimlərinin başladığını elan edib.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ müdafiə nazirliyinin rəsmi saytında xəbər verilib.
Xəbərdə bildirilir ki, 173-cü hava-desant briqadasının əsgərləri rumın hərbiçiləri ilə birgə məşqlərin keçirilməsi üçün Smardan poliqonuna yerləşdiriliblər. Eyni vaxtda ABŞ-ın 7-ci ordusu Mixail Koqelniçanu aeradromunda quru əməliyyatı keçirəcək.
Qeyd edək ki, bundan əvvəl Latviyada 1100-dən çox NATO əsgərinin iştirak edəcəyi “Summer Shield XII” hərbi təlimlərinin də başlaması xəbəri yayılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR