Anti-terror əməliyyatının kadrları yayıldı VİDEO

86923Əməliyyatlar zamanı Tunisin çevik polis alayı 2 silahlını zərərsizləşdirib

Tunisdə bir müddət əvvəl “Bardo” muzeyinə edilən terror hücumu zamanı silahlılara qarşı keçirilən əməliyyatların ekskluziv kadrları yayılıb.

Əməliyyatlar zamanı Tunisin çevik polis alayı 2 silahlını zərərsizləşdirmişdi.

Kadrlarda polislərin muzeydə saxlanılan turistləri təxliyə etməsini və daha sonra silahlıların meyitlərini görmək mümkündür. Sonda polislər silahlılar üzərində qələbəni qeyd edirlər.

Tunisin daxil işlər nazirliyi hücumda biri əl-Qaidə olmaqla iki radikal qruplaşmadan 23 nəfərin iştirak etdiyini deyib. Şübhəlilərin əksəriyyəti həbs olunub.

Hücum zamanı əksəriyyəti avropalı turist olmaqla 21 nəfər ölmüşdü.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR