Aqiyə Naxçıvanlının başı bəlada

1425467653_1425467052_aiqyeMüəllimlər İnstitutunun daha bir saxta diplomu ələ keçdi

Mingəçevir sakinindən saxta diplom götürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əli Babakişiyevdən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi barədə saxtalaşdırılmış diplom götürülüb.

Xatırladaq ki, Azərbaycan Müəllimlər İnstitutunun adı dəfələrlə saxta diplom məsələsində hallanıb. Hətta bununla bağlı Baş Prokurorluqda cinayət işinin qaldırıldığı da məlumdur. O da bildirilirdi ki, həmin cinayət işində AMİ-nin direktoru Aqiyə Naxçəvanlının da adı keçirdi. Bu hadisə isə direktorun başını növbəti dəfə ağrıdacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR