Arsen Avakov: Həbslər davam edəcək

20150325-183250linkUkraynanın daxili işlər naziri Arsen Avakov yüksək vəzifəli məmurların həbsinin davam edəcəyini bildirib.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, A. Avakov Aqrar Sənaye və Ekologiya nazirliklərinin keçmiş rəhbərliyi barəsində təhqiqat aparıldığını deyib. O, Cənub-Qərb Dəmir Yolu İdarəsinin rəisi Aleksey Krivopoşinin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetski həbs edilib. Onlar dövlət vəsaitini ofşor zonalarda açdıqları bank hesablarına köçürərək mənimsəməkdə ittiham olunurlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR