Artıq əsgərlər intihar edə bilməyəcək

cf617b3f65ca303a75cb3661d1998ecbTürkiyədə sön dövrlərdə əsgərlər arasında artan intihar və şübhəli ölüm hallarının qarşısını almaq məqsədilə maraqlı addım atılıb.

Qafqaznews.az-ın trend.az-a  istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əsgərin özünə avtomat silahdan atəş açmasını əngəlləyən yeni tətik mexanizmi hazırlayıb.

Yeni mexanizmə əsasən kazarma növbətçisi olan əsgərin istifadə etdiyi silahların tətik hissəsi xüsusi qurğu ilə bağlanıb. İntihara cəhd etmək istəyən əsgər tətiyi özünə tərəf tuşlayan zaman qurğu işə düşür.

Yeni qurğu sayəsində artıq əsgərlər tətiyi başına və ya çənəsinin altına dayayaraq intihar edə bilməyəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR