Astroloji proqnoz – 23 mart

24103140_AstrologyQOÇ – Ümumi məziyyətlərinə görə düşərli bir gün hesab etmək olar. Mənzil alqı-satqısı və ya təmir işləri üçün uğurlu vaxtdır. Ulduzlar siyasi proseslərdən uzaq olmağınızı tövsiyə edir.

BUĞA – Hazırkı mövqelərinizdə azacıq redaktə etməyə ehtiyacınız var. Bu, gələcək işlərinizin sürətlənməsinə xidmət edə bilər. Pul sövdələşmələrində diqqətli olun.

ƏKİZLƏR – Darıxdırıcı məqamlarınız arxada qalmaqdadır. Elə addımlar atın ki, ətrafda rəğbət oyadasınız. Çox da uzaq olmayan ünvanlara səfərə çıxmaq daxili rahatlığınızı təmin edəcək.

XƏRÇƏNG – Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, yazın bu gözəl günündən zövq alacaqsınız. Ruhunuzu zənginləşdirmək üçün mənəvi meyarlara daha çox üstünlük verin. Maraqlı görüşlər də gözlənilir.

ŞİR – Səhər saatlarında müəyyən gərginlik gözlənilsə də, təmkinli olmaqla gözlənilən xoşagəlməzlikləri aradan qaldıra bilərsiniz. Yaşca özünüzdən böyük olanlara sayqı ilə yanaşın.

QIZ – Bayram əhval-ruhiyyəniz bu gün də davam edəcək. Qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün həmfikirlərinizin köməyini hiss edəcəksiniz. Qida rejiminizə isə daha diqqətlə yanaşın.

TƏRƏZİ – Qarşılıqlı münasibətlərdə və fəaliyyətlə bağlı götürdüyünüz öhdəliklərdə problemlər gözlənilir. İndiki amansız cəmiyyətdə nəyəsə asanlıqla yetişməyin mümkünlüyünə inanmayın.

ƏQRƏB – Maliyyə məsələlərində bir qədər sıxıntılı məqamlar gözlənilsə də, dözüm nümayiş etdirməlisiniz. Buraxdığınız səhvlərdən nəticə çıxarın. Nahardan sonranı sevgiyə həsr edin.

OXATAN – Ailə-sevgi münasibətlərində mövcud olan boşluqları aradan qaldırmağa çalışın. Hər hansı konflikt və ya umu-küsü yalnız zərərinizə ola bilər. Obyektiv fikirlərlə razılaşın.

OĞLAQ – Planetlərin yerdəyişməsi ənənəvi xəstəliklərinizi qabarda bilər. Buna baxmayaraq, əksər sahələrdə işgüzarlığınızın artacağı gözlənilir. Büdcənizdə artım da mümkündür.

SUTÖKƏN – Yazın gəlişinə hamıdan çox siz sevinirsiniz. Bunun başlıca səbəbi isə enerjinizin artmasıdır. Enerji də çox olanda bütün sahələrdə aktivliyiniz baş verir. Deməli, yaşamağa dəyər.

BALIQLAR – Bu gözəl təqvimdə yaddaqalan hadisələr yolunuzu gözləyir. Ünsiyyətdə olduğunuz şəxslərin çoxu sizə dəstək verəcək. Amma yersiz risklərdən də uzaq olmalısınız. Səfərə çıxmayın.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR