Astroloji proqnoz – 25 mart

img1773849QOÇ – Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.

 

BUĞA – Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.

 

ƏKİZLƏR – Əgər bu ayı səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Bu gün müştərək fəaliyyət üçün uğurludur.

 

XƏRÇƏNG – Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.

 

ŞİR – Martın bu ilıq təqvimində bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.

 

QIZ – Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.

 

TƏRƏZİ – Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

 

ƏQRƏB – İqlimin dəyişkənliyi səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.

 

OXATAN – Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Gülşən Baharın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.

 

OĞLAQ – Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

 

SUTÖKƏN – Maraqlı hadisələr yolunuzu gözləyir. Saf işlərlə məşğulluq ruhunuzu gücləndirəcək. Sizə ehtiyac duyan insanları ümidsiz qoymayın. Bu gün şəxsi işlərinizdə böyük irəliləyişlər də start götürməlidir.

 

BALIQLAR – Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR