Azərbaycanın diversantları erməni mətbuatının gözü ilə – FOTO + VİDEO

VU1pRjQwRskƏsgərlərimiz döyüşə gedib və özləri ilə “Cappy” götürmək qərarına gəliblər…

Martın 19-da cəbhədə baş verən hərbi əməliyyatlar zamanı döyüşçülərimiz düşmənə ağır zərbə vuraraq, 20-dək işğalçını yaralayıb və məhv ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüş nəticəsində ordumuz itki verməyib, düşmən geri çəkilib.

Erməni mətbuatı məhv edilmiş üç işğalçının adını çəkiblər: Akop Qaqikoviç Xaçatryan (1996-cı il təvəllüdlü), Eduard Qaqikoviç Ayrapetyan (1995) və Arşak Karenoviç Arutyunyan (1995), daha dörd nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır: biri başından ağır yara alıb, digəri ayağını itirib.

Lakin erməni tərəfi real itkiləri ictimaiyyətdən gizlədir, digər ölən və yaralananların adlarını açıqlamır. Erməni Müdafiə Nazirliyini anlamaq olar: həlak olmuş erməni əsgərlərinin anaları dəfələrlə Serj Sarkisyanın sarayına hücum edərək əsas suala cavab istəyiblər – nə üçün onların övladları özgə torpaqlarında həlak olurlar?

Döyüş meydanında məğlub olan erməni tərəfi informasiya müharibəsində özünü doğrultmağa çalışır və müxtəlif növ silahların fotolarını yayaraq, guya onları bizim əsgərlərimizin geri çəkilərkən atıb qaçdıqlarını yazır.

News.am yazır ki:

“Düşmən döyüş meydanında silah və sursat, o cümlədən İsrail istehsalı gecəgörmə nişangahı və səsboğucu ilə təchiz edilmiş AK avtomatı, istehkam avadanlığı, 4 qumbaraata20150320011707n, əl qumbaraları, avtomat maqazinləri, böyük ehtimalla yaralılara ağrıkəsici vurmaq üçün nəzərdə tutulmuş xeyli sayda iynəni ataraq qaçıb”.

Lakin gəlin araşdıraq: bu məsələdə nə düzgündür, nə isə yalan?

Erməni KİV yazır ki, döyüş meydanında İsrail istehsalı gecəgörmə nişangahı və səsboğucu ilə təchiz edilmiş AK avtomatı tapılıb və bu guya sübut edir: onlar azərbaycanlı əsgərlər olublar.Lakin Kalaşnikov avtomatı dünyanın əksər ölkələrinin silahlanmasında var. Və Azərbaycan Silahlı Qüvvələri, eləcə də erməni işğalçıları Kalaşnikov avtomatı ilə silahlanıblar. Bəs onda bəlkə bu elə erməni əsgərinin avtomatıdır?
Eyni zamanda avtomatın üzərində olan optik nişangah Azərbaycan ordusunun arsenalında yoxdur. Və bundan başqa, gündüz vaxtı düşmən səngərinə hücuma keçən əsgərin avtomatını gecəgörmə cihazı ilə təchiz etməsinin mənası nədir?! Yaxın döyüşdə optik nişangah yalnız mane olur.kpZOVqMms-Y (1)

Ən maraqlısı isə odur ki, ermənilər dəfələrlə bu avtomatın müxtəlif rakurslardan çəkilmiş fotoşəkillərini təqdim ediblər… Görünür Azərbaycan əsgərləri hər dəfə, uzun aylardır ki, bu avtomatı düşməndən geri alır və sonra onu yenidən döyüşdə itirirlər!

Daha gülməlisi hələ qabaqdadır. Digər fotoda Amerikanın Ops-Core müdafiə şirkətinin buraxdığı hərbi təyinatlı FAST Base Jump Military Helmet dəbilqəsi göstərilir.

3ravOVyyzP4Lakin məlumdur ki, ABŞ Azərbaycan 907-ci düzəlişlə əlaqədar heç bir hərbi təyinatlı məhsul satmır. Yəni, ABŞ ölkəmizə silahlı qüvvələrlə birbaşa yaxud dolayısı ilə bağlı olan heç bir şey – güllə, çəkmə, dəbilqə, radiostansiya, tank, top, təyyarədaşıyan gəmi – heç bir şey tədarük etmir. Bu, təkcə dövlət yox, həm də özəl müdafiə şirkətlərinə aiddir.
Lakin indi qərara gəlib: dəbilqənin üzərində erməni ordusunun kamuflyajı rəngində örtük var, ABŞ bizə ordu ilə bağlı heç bir şey satmır və buna görə də, dəbilqə bizim ola bilməz.

Lakin hətta təsəvvür etsək ki, əsgərlərimiz geri çəkilirdilər – dəbilqəni niyə atsınlar ki? Axı dəbilqənin çəkisi 1 kq-dan çox deyil və nə hücumda, nə də müdafiədə heç bir problem yaratmır.

İndi ermənilərin göstərdiyi “Azərbaycan əsgərlərinin” qumbaraatanlarına keçək. Problem ondadır ki, RPQ-26 “Aqlen” əl qumbaraatanı Azərbaycanda yoxdur, lakin ermənilərdə var! Oxuyuruq:

“RPQ-26 qumbaraatanı birdəfəlikdir, tankar, piyadaların döyüş maşınları, özüyeriyən toplar və digər zirehli texnika ilə mübarizə üçün nəzərdə tutulub. 1984-cü ildə silahlanmaya qəbul edilib. “Aqlen” Ermənistan, İordaniya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Moldova, Türkmənistan və Tacikistan kimi ölkələrin silahlanmasındadır”.AP3Q1JeiNq4Göründüyü kimi, ölkəmizin adı bu siyahıda yoxdur, lakin ermənilər var. Və ən maraqlısı bu deyil! Ermənilərin təqdim etdiyi fotoşəkillərə əsasən, RPQ-26 qumbaraatanın ön qapağı yoxdur, lakin arxası yerindədir. Məlum olduğu kimi, atəş açarkən “borunun” hər iki tərəfindəki rezin dağılır, bir tərəfdən raket, digər tərəfdən isə alov çıxır.
Beləliklə, ermənilər yazılarlar ki, bizim döyüşçülər qumbaraatanları döyüş meydanında atıb qaçıblar. O zaman nəyə görə RPQ-26 qumbaraatanın ön hissəsi yoxdur? Yox, əgər döyşüçülərimiz birdəfəlik RPQ-26-dan atəş açmışdılarsa, o zaman nə üçün bu “qiymətli” yükü – istifadə olunmuş birdəfəlik qumbaraatanı geri daşıyırdılar?!

Daha sonra. Şəkillərdən nə qaz izi, nə atılmış giliz görünmür. Ermənilər isə 14 azərbaycanlı hərbçinin öldürüldüyünü yazırlar. Azərbaycanlı hərbçilərin cəsədləri də yoxdur. Onlar yoxa çıxa bilməzdilər, sağ qalanlar həlak olan yoldaşlarını geri daşıya bilməzdilər – axı diversiya qrupu 14 nəfərin cəsədini necə daşısın: o zaman hamı həlak olardı. Bəs cəsədlər hanı?

Ən başlıca sübut isə – “Cappy” şirəsinin boş qabıdır. Əlbəttə, ən yaxşı dəlildir. Döyüşçülərimiz hücuma gediblər və özləri ilə “Cappy” götürüblər”…

jOV_lmZVVswAxı məlumdur ki, dünyanın ən qabaqcıl diversiya qruplarının təcrübəsinə əsasən, hücuma gedəndə özünlə xeyli sayda lazımsız əşya götürməlisən: şirə, manqal, çarpayı…
Azərbaycan MN-nin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının dünən APA-ya bildirdiyinə görə, Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin cəbhədə Azərbaycan hərbçilərinin itki verməsi barədə yaydığı məlumatı təsdiq etmir.

Ermənilərin Azərbaycan Ordusunun adı açıqlanmayan Hüseynov soyadlı və soyadı açıqlanmayan Ceyhun adlı iki hərbçisinin atışmada həlak olması, Elşad adlı hərbçinin isə yaralanması barədə yaydıqları məlumata münasibət bildirən V.Dərgahlı bu ad və soyadların ermənilər tərəfindən qurama olduğunu söyləyib.

“Ermənilər bu yalanlarını öz ictimaiyyətlərinə fakt kimi göstərməyə, beləliklə də, öz itkilərini hər bir vasitə ilə gizlətməyə çalışırlar. Biz hər bir itkimiz barədə məlumat veririk. Tam əminliklə bildirirəm ki, ermənilər bu gün verdikləri 20-dək itkininin böyük qismini Ermənistanda baş qaldıracaq vətəndaşların etirazlarına görə gizlədirlər. Həmişə olduğu kimi, bu dəfə də ölənlər arasında yalnız Ermənistandan olan əsgərlərin adı açıqlanır. Qarabağdan olan əsgərlərin ölümü barədə heç bir məlumat verilmir. Belə çıxır ki, cəbhəyə göndərilən Qarabağ erməniləri güllə keçirməyən sehrli köynək geyinirlər, onlara heç nə olmur”, – deyə V. Dərgahlı bildirib.

Ermənilərin bəyanatlarının nə dərəcədə absurd olduğunu anlayaraq, sonda əlavə etmək istərdik:

Azərbaycanlı diversantlar Ermənistan Müdafiə nazirliyinin gözündə

Normal insanların gözündə

P.S. Ermənilər yazırlar ki, döyüş Qarabağda olub… Sizin diqqətinizə təqdim etdiyimiz videonun 30-cu saniyəsindən etibarən əla asfaltlanmış yolu izləyin.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR