Azərbaycanlı müğənnini Rusiyada vəhşicəsinə döydülər – Foto

1427289636Azərbaycanlı müğənni Vüqar Muradovu Rusiyada döyüblər.

Axar.az xəbər verir ki, bu barədə informasiya Elgiz Əkbərin aparıcılığı ilə yayımlanan “Adam içində” verilişində yer alıb.

Məlumata görə müğənni Rusiyaya toy adıyla çağırılıb. Müğənni Vüqar ilkin olaraq 1000 dollar beh də alıb. Moskva hava limanına enərkən bir qrup tərəfindən saxlanılıb və meşədə döyülərək huşsuz şəkildə təkbaşına buraxılıb. Müğənni bir müddət huşsuz vəziyyətdə yerdə hərəkətsiz qalıb. Verlişin qonağı olan Tahirə Məmmədqızı isə hazırda Vüqar Muradovun Rusiyada polis şöbələrindən birində olduğunu bildirib. O, Vüqarın Azərbaycanın Rusiyadakı səfiri ilə əlaqə yaratmağa çalışdığını deyib.

Müğənninin döyülmə səbəbi hələlik dəqiq bilinmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR