Bakıda polis kapitanını AA seriyalı maşın vurdu

28955Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Bakıda polisin vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeydə alınıb.
Qəzanı törədən avtomobil isə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Rezervuar və Metal Konstruksiya MMC-yə məxsus olub.
Sürücü Mitsubishi markalı 50 AA 547 nömrəli avtomobillə xidmətdə olan 17-ci Polis Bölməsinin polis kapitanı 1965-ci il təvəllüdlü Kamal Əliyevi vurub. Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in Hospitalına yerləşdirilib. (qafqazinfo.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR