“Baku Collekting Agency” şirkəti cinayət məsuliyyətinə cəlb olunmalıdır-Audio

297498_435692856482546_1716483790_n111 martda saytımızda “Baku Collekting Agency” şirkəti Ədliyyə Nazirliyinə böhtan atır” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə hüquqşünas Samir İsmayılovun qafqaznews.org saytına müraciəti əsasında hazırlanmışdı. copy3223S.İsmayılov bildirirdi ki: “ Mənim hələki adını çəkmək istəmədiyim müştərimə “Baku Collekting Agency”-nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “UNIBANK”-a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”.
Samir İsmayılovun bizə müraciətindən sonra biz “Baku Collekting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq hansı əsasla “UNIBANK”-a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq. skachanny-e-fajly-116-111
Ədliyyə nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “ Bu ƏdliScreenshot_2015-02-24-09-08-35-180x300-180x3001-111yyə Nazirliyinə böhtandır. Biz “Baku Collekting Agency”-nə borclarla bağlı belə bir tapşırıq verməmişik”.
Baş verənləri “Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin  sədri Tağı Hüseynov belə şərh edib: “ “Baku Collekting Agency”-in nümayəndəsinin “Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq” deməsi vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdir ki, bu da cinayədir”.
Vəkil İlham Məmmədov isə bildirdi ki, Ədliyyə Nazirliyi “Baku Collekting Agency”-nin əməlləri ilə bağlı müvafiq orqanlara məlumat verməli, tədbir görülməsini tələb etməlidir.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR