Bank “şapka” tələb edir ?

skachanny-e-fajly-26XIX əsrdə Rusiya imperiyasında belə bir qayda var idi: dövlətə vergi ödəyə bilməyən kəndlinin borcunu hansısa varlı ödəyirdi. Və nəticədə varlıdan asılı vəziyyətə düşərək onun “qul”una çevrilən kəndli uzun müddət borcu qaytarmaqla məşğul olurdu.
Deyəsən ölkəmizdə də belə bir qaydanı banklarımız tətbiq edir.
AtaBank” ASC-nin Göyçay filialının müdiri Seymur müəllim mənim ailəmin sosial müavinət kartlarını kredit borcuna görə götürüb. Bununla o ailəmi aclıq içində yaşamağa məhkum edib. Nəticədə 3 azyaşlı uşağımda zəiflikdən xəstəlik əmələ gəlib”. Bu sözləri Ucar rayonu, S.Qarayev küçəsi ,ev 25-də yaşayan Cavid Məmmədov deyib.
O bildirib ki, AtaBankın Göyçay filialından 3000 manat götürdüyü kreditə görə, müdir Seymur müəllim ünvanlı sosial yardım almaq üçün onun ailəsinə verilmiş kartı və 6 aylıq uşağa görə sosial müavinət kartını götürüb özündə saxlayıb. “Bütün pulu borca götürür. Ünvanlı sosial yardıma görə 250 manat , yeni doğulmuş üşağa görə 45 manat pulun hamısını kredit borcuna götürür. Ailəmin dolanması üçünsə pul saxlanılmır. Mən bu barədə Seymur müəllimə dedikdə “Hara istəyirsən get şikayət et” cavabını verir. Sonradan məlum oldu ki, bu hərəkət tam qanunsuzdur”. (JAM.AZ).1426147232_ucar
Biz Göyçay filialının direktorunun hansı əsasla Cavid Məmmədovdan kredit kartını aldığını aydınlaşdırmaq qərarına gəldik. Əgər Cavid Məmmədov “AtaBank”dan götürdüyü krediti qaytarmaq istəmirsə bank məhkəməyə müraciət edə bilər, kredit kartını almaq lazım deyil.

Bankın Göyçay filialının direktoru Seymur Mehdiyev qafqaznews.org-a bildirib ki: “ Cavid Məmmədovun dedikləri həqiqətə uyğun deyil. O, bizim bankdan 3 min deyil, 7 min kredit götürüb və qaytarmaq istəmir”.
Direktor onu da bildirdi ki, mən Cavid Məmmədovun sosial yardım kartını almamışam: “ Mən onu necə ala bilərəm. Axı, sosial yardımı o bizim bankdan almır. Seymur Mehdiyev yalan danışır”.
Cavid Məmmədov isə bildirib ki, filialın direktorunun hədələrinə dözməyərək kredit kartlarını mən özüm ona vermişəm.
Məmmədovun sözlərinə görə, o, bankdan 3 min manat kredit götürüb, hazırda isə borc 7 min manatdır.
Qafqaznews.org-un müxbirinin “ Niyə vaxtında krediti ödəməmisiniz” sualına Məmmədov belə cavab verdi: “ Çünki Seymur Mehdiyev məndən şəxsən özü “şapka” tələb elədi, mənimsə buna imkanım yox idi”.
Şikayətçi qafqaznews.org saytı vasitəsilə dövlət orqanlarından xahiş elədi ki, 7 min borcun yaranmasına aydınlıq gətirsinlər.

Rəşad Rüstəmov ,Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR