“Ben Bilmem Eşim Bilir”də Azərbaycan konsepti

64017“Çox yaxında Azərbaycan konsepti ilə tamaşaçı qarşısında olacağıq”

Azərbaycanda da sevilərək izlənilən Kanal D-nin ən uğurlu layihələrindən biri “Ben Bilmem Eşim Bilir”in əyləncəli aparıcısı İlker Ayrık verilişi haqda danışıb. ANS PRESS-in məlumatına görə, o yaxınlarda məşhur verilişin Azərbaycana aid hissəsinin olacağını da deyib.

Aparıcının sözlərinə görə, ilk konsept olaraq “Ben Bilmem Eşim Bilir – Məşhurlar” ortaya çıxıb. “Belə fikir uzun zaman öncədən var idi. Yeni ildə etdik və uğurlu oldu. Bu bir konseptdir. “Ben Bilmem əzizim bilir”, “Ben Bilmem Eşim Bilir – Qürbətçilər”, “İxtiyar Dəlikanlılar” və “Annem Bilir” kimi bölümlər hazırlamışdıq. Çox yaxında “Azərbaycan” konsepti ilə tamaşaçı qarşısında olacağıq”.

Lakin aparıcı verilişin hansı formatda olacağını açıqlamayıb.

İ.Ayrıq adıçəkilən yarışın 3 ili tamam olmasada 260 maşın verdiklərini deyib. Onlardan 3-ü lüks olub. Bundan başqa yarış iştirakçılarından biri ev, biri balayı istirahəti və sairə hədiyyələr qazanıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR