Boşanma davası və Şəki kollecinin saxta diplomu

skachanny-e-fajly-24Gədəbəy rayonunun Arıxdam kənd sakini Mircəfərova Aytən Faiq qızı qafqaznews.az saytına müraciət edərək bildirib ki: “ Mən 2010-cu ildə rayonumuzun Əmiraslanlı kənd sakini Alıyev Elvin Şamil oğlu ilə ailə həyatı qurmuşam. Bir qız övladımız da var. Ötən il boşandığımız üçün aliment və mükiyyətlə bağlı Gədəbəy rayon məhkəməsinə müraciət elədim. Gədəbəy məhkəməsi mənim iddiamı təmin eləsə də, Gəncə Apellyasiya Məhkəməsi bundan imtina elədi. Mən tək uşaqla evsiz qaldım, mənim cehizimi də qaytarmadılar. Mənim qaynatam Şamil Alıyev Əmiraslanlı kənd orta məktəbinin direktor müavinidir. O, yığdığı rüşvətin bir hissəsini Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədova verərək mənim haqlı tələbimi rədd elətdirdi”. Zərərçəkən xanım öz müraciətində qeyd edir ki, onun həyat yoldaşı Elvin Alıyev Şəki Pedoqoji Kollecindən aldığı saxta diplomla atasının direktor müavini olduğu məktəbdə çalışır. Aytən Mircəfərova öz müraciətində məhkəmə və ədliyyə orqanlarından kömək istəyir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR