Con Lennona Moskvanın mərkəzində heykəl qoyulur

1427230664Monumental İncəsənət Komissiyası 14 aprel tarixində Rusiyanın paytaxtında əfsanəvi musiqiçi Con Lennona heykəl qoyulması təklifinə baxacaq.

Axar.az komissiyanın rəsmi saytına istinadən xəbər verir ki, “The Beatles” qrupunun üzvü Con Lennona Moskva şəhərinin mərkəzində heykəl ucaldılması ilə bağlı təklif ətrafında ciddi müzakirələr aparılır.

Xatırladaq ki, tarixə adını qızıl hərflərlə yazdıran “The Beatles” qrupu 1960-1970-ci illərdə göstərdiyi fəaliyyətlə bütün dünya arenasında təkrarolunmaz bir şöhrətə qovuşub. Heykəlinin qoyulması planlaşdırılan musiqiçi Lennon isə 1980-ci ildə öz pərəstişkarı tərəfindən qətlə yetirilib.

Rusiayada musiqiçinin adını daşıyan küçə var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR