Daun gənc azan oxudu

86521Emrenin azan oxumağa çalışması möminlər tərəfindən də təqdirlə qarşılanıb

Türkiyədə daun sindromu olan gənc cümə namazında azan oxumağa çalışıb.

ANS PRESS-in məlumatına görə, bu, “Bəyaz lalə” əlillər, yaşlılar və ehtiyac sahibləri dərnəyinin əlillər üçün “Cəmiyyətdə fərq olunmaq” adlı tədbiri çərçivəsində baş tutub.

Emre Çalkan adlı daun xəstəliyindən əziyyət çəkən gənc Antalya vilayəti Manavqat rayonundakı “Küliyyə” məscidində azan oxuyub.

Normalda xəstəliyi səbəbindən danışmağı bacarmayan Emrenin məsciddə azan oxumağa çalışması möminlər tərəfindən də rəğbət və təqdirlə qarşılanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR