DİN Ülkər İsayevanın döyülməsi olayına qarışmaq istəmir-FOTO,VİDEO

5641862“Mən bilmirəm hansı oyun gedir”

18 mart tarixdə saytımızda “Məmmədov qardaşları Ülkər İsayevanı döydülər” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə “Xəzər” universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı açıqlaması verilmişdi.
İsaxanlı bildirirdi ki: “17 martda mən xaricdə idim. Səhər saat 6 idi, zəng etdilər, dedi ki, müxbirdir. Soruşdu ki, xəbəriniz var, qızınızı döyüblər, qızınız ölüb. Mən şoka düşdüm. Telefonu qoyub evə zəng etdim. Qızıma dedim ki, bu nə məsələdir. Cavab verdi ki, narahat olma, mənə heç nə olmayıb. Sonra başqa bir müxbir zəng elədi, mən ona kobud cavab verdim. Əslində isə məsələ belə olub. Mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd ediblər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğun1-15-300x225dan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu maşından düşürürlər. Həmin qızla necə rəftar olunduğu kamera görüntülərində var. Bu kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur.
Bundan sonra oğlanlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir və etdikləri hərəkətlərə görə cəzalandırılacaqları bildirilir. Mənim qızım da dostlarını cəzadan xilas etmək üçün ifadə verərək “kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur” deyir. Qızımın günahı da məhz budur. Sonra həmin videogörüntülər məhkəmə işcisi (mümkündür ki, müstəntiq) tərəfindən mətbuata ötürülür, internetə qoyulur və bununla da həqiqətə uyğun olmayan, yanlış informasiya yayılır”.

17m-1421-300x176Açıqlamasının sonunda İsaxanlı videonu İnternetdə yerləşdirən şəxslə bağlı ölçü götürülməsini xahiş edir.
Xatırladaq ki, 9 mart 2015-ci il tarixdə Ülkər İsayevanın qardaşlar tərəfindən döyülməsi ilə bağlı martın 12-də saxlanılmış Zaur Məmmədova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan edilib. Zaur və Elin Məmmədov qardaşları barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı Şəhər Prokurorluğu tərəfindən Xətai rayon Məhkəməsinə təqdimat verilib. Lakin Xətai rayon Məhk521d55d62f279c262266b5fcf253a79f1-300x212əməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən, qardaşlar məhkəmə zalından azadlığa buraxılıblar. İşlə bağlı qərar çıxaran Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova bu qərarı zərərçəkənin şikayətçi olmaması ilə əsaslandırıb. Xatırladaq ki, Bakı şəhər Prokurorluğu artıq Zaur və Elin Məmmədovların məhkəmə zalından azadlığa buraxılması qərarı ilə bağlı apellyasiya protesti verib.
18 martda Bakı Apellyasiya Məhkəməsində Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.
Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
Təqsirləndirilən Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova prosesdən sonra jurnalistlərə bildirib ki, məhkəmə prosesi bağlı qapılar arxasında keçirildi: “ Məlumata görə, Zauru həbs ediblər, Elini isə azad ediblər. Səbəbini bilmirəm…Məncə, Zauru buraxacaqlar. Onlar azad adamlardır. Onların şəxsi işinə qarışmaq düzgün deyil. Çəkilişdən də görünür ki, mənim oğlum tanışı olan qızı çalışır ki, qurtarsın”.
Məlumat üçün bildirək ki, məlum olayla bağlı Daxili İşlər Nazirliyi heç bir açıqlama verməyib.
Buna aydınlıq fətirmək üçün DİN-ə zəng elədik.
DİN-in əməkdsaşı ( adını və soyadını bildirmədi ) qafqaznews.org-a bildirdi ki: “ DİN bu məsələyə qarışmır”. elcin_behbudov_11
sadiq_gozelov12
DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə qafqaznews.org-a bildirib ki, bu barədə ancaq KİV-dən məlumat almışıq: “ Hadisənin detalları bizə məlum deyil, həm də maraqlı deyil. Mənə maraqlı deyil, hansı oyun gedir. Bilmirəm bu hadisə niyə bu qədər cəmiyyətdə maraq doğurub?”.
İşgəncələr əleyhinə komitənin rəhbəri Elçin Behbudov isə bildirib ki: “DİN-in mətbuat xidməti bu məsələyə aydınlıq gətirməlidir. Əlbəttə, heç kim DİN-dən istintaq sirrini açmağı tələb eləmir”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR