Dünya bu oğlandan danışır

11674“Chrome”, “Internet Explorer” və “Safari”dəki boşluğu tapdı zəngin oldu

Dünya bu çinli gəncdən danışır.

“Chrome”, “Internet Explorer” və “Safari”dəki boşluqları taparaq onları dağıdan gənc bir anda varlanıb.

Adı çəkilən brauzerlərdəki təhlükəsizlik boşluqlarını tapan Junq Hoon Lee adlı haker 225 min dollar qazanıb.

“Pwn2Own” adlı bir təhlükəsilik konfransına qatılan proqramlaşdırma üzrə mütəxəssis ən böyük mükafatı qazanıb.

Mükafatın bir qismi – 115 min dolları “Chrome”da tapdığı xəta müqabilində ona təqdim edilib. Onun bu səhvi tapmasına isə iki dəqiqə vaxt lazım olub.

Konfransdan sonra brauzerlər tapılan boşluqları aradan qaldırmaq üçün dərhal işə başlayıblar.(ans press)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR