Fransua Olland Bakıya gəlir

img1770626Fransa prezidenti Fransua Olland aprelin 24-25-də Yerevana və Bakıya səfəri zamanı azərbaycanlı və erməni həmkarları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir bildirib.
Hazırkı status-kvo Azərbaycanın və Ermənistanın maraqlarına cavab vermir.
O, qeyd edib: “Buna görə də respublikanın Prezidenti diplomatik təşəbbüslərin yenilənməsinə kömək etməyi arzulayaraq, 27 oktyabr 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sammit çağırmışdı. Bu görüş zamanı ilk humanitar addım – itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə razılıq əldə olunmuşdu”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR