Goronboyun cra başçısının oğlu Bakıda nömrəsiz “Ferrari” sürür – Foto

YR3Tbm22bSJu5Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyevin paytaxtda nömrəsiz qırmızı rəngli “Ferrari” sürdüyü ortaya çıxıb

Məlumata görə, Ramal Quliyev tez-tez bu avtomobildən istifadə edir və DYP əməkdaşları onu heç vaxt saxlamağa cürət etmirlər.
Qeyd edək ki, avtomobili dövlət nömrə nişanı olmadan idarə etmək qanunla qadağandır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bir müddət öncə mətbuağı açıqlamasında bildirmişdi ki, nəqliyyat vasitəsinin bir və ya hər iki qeydiyyat nişanı olmadan idarə olunması qadağandır: «Heç bir halda icazə verilmir ki, sürücü avtomobilini nömrəsiz idarə etsin. Bu məsələ hər zaman yol polisinin diqqət mərkəzindədir».
Lakin atasının vəzifədə olmasına güvənən Ramal Quliyev qanunu ayaqlar altına ataraq istər rayonda, istərsə də paytaxt Bakı şəhərində istədiyi kimi hərəkət edir və hətta dövlət nömrə nişanı olmadan avtomobil idərə etməkdən çəkinmir. (serhed.info)
3W502aBdg1t6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR