
Bu qərara əsasən ABŞ dövləti 39 il günahsız yerə həbsdə qalan Rikki Ceksona 1 milyon dollar təzminat ödəyəcək.
Qərarı eşidən Ceksonun reaksiyası isə həm həyəcanlı, həm də sevincli olub:
“Vaov! Bu çox əla bir xəbərdir” – deyə zərərçəkmiş sevincini gizlədə bilməyib.
59 yaşlı Riki Cekson 1975-ci ildə Harold Franksı öldürməkdə ittiham olunmuşdu. Həmin tarixdə Ceksonun 39 il günahsız yerə həbs olunması üçün 13 yaşlı uşağın şahidliyi kifayət eləmişdi. /anspress/