“Halal” Azərbaycan toyuğu, qədim Havana, ABŞ diplomatının müsəlman əri…

88046_res_01Azərbaycanda son vaxtlar “şişirtmə toyuq” videosunun yayılmasından sonra yerli istehsal olan toyuq ətinin satışının kəskin azaldığı bir vaxtda bu məhsulların uzaq Kuba adasına, əfsanəvi Fidel Kastronun ölkəsinə, özü də nadir tapılan mal kimi gedib çıxması kimin ağlına gələrdi…

Ancaq belə məlum olur ki, Kubanın paytaxtı Havanada, xarici diplomatlar üçün fəaliyyət göstərən bazarda Azərbaycanda istehsal olunan və dondurulmuş “Halal” toyuq əti satılırmış.

Virtualaz.org saytı xəbər verir ki, bu maraqlı fakt barədə öz xatirələrində pakistanlı Xavər Siddiqi yazır. ABŞ diplomatı ilə evli olan Xavər Siddiqinin Havana haqda təəsüratları http://roadsandkingdoms.com/ bloqunda yer alıb.

“Mən Amerika diplomatı olan arvadımla birlikdə Havanaya gələndə əsas problemim yeməklə bağlı idi. Kuba mətbəxi öz rəngarəngliyi ilə məşhur deyil və mən pakistanlı müsəlman kimi hesab edirdim ki, Havanada heç vaxt halal qida tapa bilmərəm. Nəticədə qalanlar kimi düyü və lobya ilə keçinməli olacağam.

Lakin Havanaya gəlişimin ilk həftəsində yanıldığımı anladım. Diplomatlar üçün fəaliyyət göstərən, süd və yumurta kimi ərzaqların satıldığı azsaylı dükanlardan birində Azərbaycandan gətirilmiş “Halal” toyuq əti gördüm. Dərhal iki toyuq aldım və arvadımdan xahiş etdim ki, etiketi düz oxuyub-oxumadığımı dəqiqləşdirsin. Bilirsinizmi, əgər mən növbəti dəfə bu toyuqları mağazada görsəm, soyuducumu onlarla dolduracağam”-deyə Siddiqi yazır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR