İcra başçısının xalası oğlu və tələbə yoldaşı ilə maliyyə fırıldaqları…

raqub-agdanm-300x194Ağdamda “təkrar” abadlıq işlərinə başlayan icra başçısı bu işləri öz yaxın adamlarına həvalə edir.
İddiaya görə, Raqub Məmmədov rayondakı təmir-tikinti, abadlıq-quruculuq işlərini tələbə yoldaşı Tahir Əliyev və Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxsin şirkətlərinə verir.
Tahir Əliyevlə bağlı məlumda deyilir ki, bu “kiçik iş adamı” keçmiş icra başçısı Nizami Sadıqovun dövründən rayondakı abadlıq tikinti işləri ilə məşğul olurdu: “Tahir Əliyev Nizami Sadıqovun dövründə o qədərdə böyük tenderlərin qalibi ola bilmirdi. İndi yeni icra başçısı Raqub Məmmədovun sayəsində dəyəri yüz min manatlarla ölçülən iri lahiyyələr həyata keçirtməyə başlayıb. “Ağdam-1” MMC, “Ayaz-A” MMC, “Quzanlı-1” MMC, “Aysu-2007” MMC, “Tikinti-2011” MMC və digər onlarla kiçik müəssisələr Tahir Əliyevə məxsusudr. İş adamı Nizami Sadıqovun dövründə olduğu kimi yenədə köhnə ampulasında görüdüyü işlər üçün ayrılan vəsaitin 50 faizini yeni icra başçısı, tələbə yoldaşı Raqub Məmmədova verdiyi deyilir. Raqub Məmmədovun Ağdam rayonuna icra başçısı təyinatından sonra həyata keçirilən bütün abadlıq tikinti işləri məhz Tahir Əliyevin şirkətləri vasitəsi ilə həyata keçirilir. Həmin abadlıq işlərində isə Tahir Əliyevlə Raqub Məmmədovun yaxşı qazanc əldə etdikləri bildirilir”.
Mənbəmizin dediyinə görə Raqub Məmmədov Tahir Əliyevlə “sıcaq quruculuq” münasibətlərinə görə onun qardaşını bu yaxınlarda Alıbəyli 2 kənd qəsəbəsin icra nümayəndəsi təyin edib.
Məlumatda qeyd olunur ki, Ağdam icra başçısı xalası oğlu Adilidə rayondakı tikinti işlərinə qoşmaqla bütün məmurların “istəyini” ürəyində qoyub. Çünki dövlət büdcəsindən axan pul seli məhz xalası oğlu Adilin və tələbə yoldaşı Tahir Əliyevin 10 manatlıq müəssisələrinə axır. Pulların yarısından çoxu isə 10 manatlıq müəssisələrdən icra başçısının cibinə girir.
Qeyd edək ki, Raqub Məmmədovun tələbə yoldaşı Tahir Əliyevin və xalası oğlu Adilə məxsus şirkətlərin rayonda həyata keçirdikləri abadlıq, tikinti işləri və maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza təfsilatlı məlumatlar çatdıracağıq.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Azfakt.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR