İdmançılarda dopinq aşkarlandı

62373Ağır atletika üzrə Bolqarıstan yığması diskvalifikasiya edilib

Ağır atletika üzrə Bolqarıstan yığmasının üzvlərində dopinq aşkar edilib.

ANS PRESS-in məlumatına görə, Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıq zamanı martın əvvəlində bu ölkənin idmançıları növbəti dəfə yoxlamadan keçirilib və onlardan Stanozolol sterotipi tapılıb.

Komandanın 11 üzvü dopinq-sınaqlardan müsbət keçib, amma ağır atletika üzrə Bolqarıstanın milli yığması tam heyətlə diskvalifikasiya olunub.

Bu barədə Bolqarıstanın Ağır Atletika Federasiyasının mətbuat xidməti də məlumat yayıb. Bildirilib ki, hazırda Bolqarıstanda dopinq-qalmaqalın araşdırılması davam edir. Yaxın günlərdə sınağın nəticələri – idmançıları və qida əlavələrinin kimyəvi analizinin nəticələri məlum olacaq. Bolqarıstanlı ağır atletika idmançıları beynəlxalq yarışlara hazırlığı başa çatdırıb vətənə qayıdıblar.

Xatırladaq ki, 2008-ci ildə Pekin Olimpiadasından iki ay əvvəl ağır atletika üzrə Bolqarıstan yığması tam heyətdə dopinq istifadəsinə görə diskvalifikasiya edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR