İstanbulda jurnal redaksiyasında partlayış: 1 ölü, 3 yaralı

493Partlayış əldəqayırma partlayıcı ilə törədilib.

İstanbulda “Adımlar Dergisi”nin redaksiyasında partlayış baş verib.

Qafqaznews.az APA-ya istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Adımlar Dergisi”nin redaksiyası altımərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.  Güclü partlayış nəticəsində binanın fasadı qismən dağılıb, ətrafdakı ev və ofislərin şüşələri qırılıb. Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin versiyaya görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR