Əjdər Həmidovun marketinin bağlanmasının – SİRRİ – İDDİA

1426576420_0001Əməkdar artist Əjdər Həmidova aid supermarketin bağlanma səbəbləri məlum olub.

Tia.az-ın əldə etdiyi məlumata görə, aktyorun kürəkənləri ilə birgə işlətdiyi “Troy” mağazası iki problemə görə fəaliyyətini dayandırıb. Belə ki, manatın devalvasiyasından sonra süni qiymət artımına görə market cərimələnib. İkinci mühüm səbəb isə yaxınlığında “Səhram market” şəbəkəsinin işə başlamasıdır. Rasim Nəbiyevə məxsus supermarketin açılışı ilə Ə.Həmidovun bazarı zəifləyib. Şəhərin Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən marketin işini dayandırması yüzlərlə ailənin alış-veriş etməsini də çətinləşdirib. Yerli sakinlər arzu edirlər ki, supermarket fəaliyyətini bərpa etsin. Ə.Həmidov vaxtilə ANS-ə açıqlamasında mağazanın kürəkənləri tərəfindən idarə olunduğunu, özünün isə nəzarət etdiyini açıqlamışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR