Kərəm Həsənovun müavininin qəribəliyi – «Karl Marksın atası kim olub?»

1425965775_0001Bir neçə gün əvvəl gündəmə gələn Əmlak Məsələləri Dövlət Komitəsində ixtisarlarla bağlı məsələ yeni bir rəng qazanıb. JAM.AZ xəbər verir ki, komitənin kadastr xidmətinin rəisi Ramiz Quliyevdən artan şikayətlərə hər gün yeriləri əlavə olunur.

Qeyd edək ki, prezidentin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunanda Yerqurluşu İnstitutut Əmlak Komitəsinin rəhbərliyi altında fəaliyyətini davam etdirib. Ancaq problemlər də bundan sonra başlayıb. Çünki kadastr xidmətinin rəisi kollektivdə ixtisarlar həyata keçirmək üçün çırmanıb.

Bildirilir ki, hər iki qurum ayrı-ayrı sahələr olduğu üçün R.Quliyevin müdaxilə səlahiyyəti yoxdur. Lakin buna baxmayaraq rəis institutda ixtisarlar aparmaq planındadır. Amma Ramiz Quliyev səlahiyyətinin olmamasına rəğmən ixtisar işlərini reallaşdırmaq üzrədir. Xüsusən də o, idarənin rayondakı işçilərini Bakıya çağıraraq, onlarla sual-cavab etməkdən belə çəkinmir.

JAM.AZ-a verilən məlumata görə, kadastr xidmətinin rəisi işdən çıxarmaq istədiyi institut işçiləri ilə sözün həqiqi mənasında məzələnir. Bundan əlavə, onlara dəxli olmayan suallar verir. Məsələn, Quliyev bu yaxınlarda Yer Quruluşu İdarəsinin Tovuz rayon şöbəsinin əməkdaşlarını Bakıya dəvət edərək, onlarla söhbət edib. Və işdə qalmaları üçün onlara sual da verib: «Karl Marksın atası kim olub?»

Məlumatda deyilir ki, Ramiz Quliyev sual verdiyi şöbə işçilərinə deyib ki, hamı gedib bu sualın cavabına öyrəndikdən sonra gəlib deyə bilər. Və yalnız bundan sonra onların işdə qalıb-qalmaması məsələsinə bacılacaq.

Maraqlıdır ki, bu sual şöbənin işçilərinin nə işinə, nə ixtisasına, nə də fəaliyyətinə aid deyil. Karl Markını atasının kim olması sualının özü belə gülməli olmaqla yanaşı, onun səlahiyyət sahibi olan biri tərəfindən dilə gətirilməsi qəbahətlidir. Çünki bunun heç nəyə aidiyyatı yoxdur.

Aydın məsələdir ki, Kərəm Həsənovun müavini sadəcə, səlahiyyətlərini aşmaqla yanaşı, həm də özbaşınalıqla məşğuldur. Əks təqdirdə, xidmət rəisi ixtisara salmaq istədiyi işçilərə qarşı bu qədər əcaib davranmazdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR