Kamran Ağayev Türkiyə çempionatının matçında belə səhv etdi – VİDEO

89850Buna baxmayaraq, onun komandası qalib gəldi.

Bu gün Türkiyənin futbol çempionatının Birinci liqasının 25-ci turu çərçivəsində “Denizlispor” və “Kayserispor” komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, “Kayserispor”un qapılarını Azərbaycan yığmasının qolkiperi Kamran Ağayev qoruyub.

Onun komandası 3:1 hesabı ilə qalib gəlsə də, “Kayserispor”un qapısına yeganə qol təəssüf ki, Kamranın səhvindən sonra vurulub.

Aşağıda həmin anın görüntülərini (0:20) və oyunun digər fraqmentlərini izləyə bilərsiniz.

Hazırda 53 xala sahib “Kayserispor” çempionatda liderliyini davam etdirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR