Klinikadakı ana ölümünün səbəbi bilindi

1427227912Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümünün ilkin səbəbi müəyyənləşib.
Axar.az xəbər verir ki, 29 yaşlı İlahə Musazadənin “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölməsinə səbəb anestezioloqun məsuliyyətsizliyi olub. Mərhumun yaxın qohumu Cavid Musazadə Hafta.az-a açıqlamasında bildirib ki, özü həkimdir:
“Bu tibbi prosedurlarla bağlı məlumatlıyam. Təbii yolla baş verən doğuşu ağrısız etmək üçün xəstə anestaziya olunub. Bu zaman xəstənin halı pisləşib və ürəyi dayanıb”.
C.Musazadə deyib ki, anestezioloq iynəni xəstəyə düzgün vurmayıb:
“Xəstə epidural anesteziya olunmalı idi. Həkim səhvindən epidural anesteziya ya venaya düşüb, ya da ispinal kanala. Doğuş başlamamışdan xəstə şoka düşərək ölüb. Ana nevrogen şok olduğundan, uşaq dünyaya gəlib”.
Xatırladaq ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölüb. Digər bir ölüm hadisəsi martın 17-də “StarMed” özəl klinikasında da baş vermişdi. Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı da martın 17-də özəl klinikalardan birində – “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR