Lamiyənin həyatından bəhs edən kitabın adı belə olacaq

90114“Həmçinin, nəzərinizə çatdırmaq istərdim ki, Vüqar Əliyevin və onun nişanlısı Lamiyə Quliyevanın başlarına gətirilən hadisələr barədə tam ətraflı və təfsilatlı şəkildə kitab üzərində işləyirik, çox yaxın zamanda bu kitab Azərbaycan dilində “Qobustan qəbiristanlığının diri sakininin harayı” adı altında işıq üzü görəcəkdir”. 3619

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Lamiyə Quliyevanın keçmiş nişanlısı, ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədov “facebook” sosial şəbəkəsində yazıb. O, Vüqar Əliyevin əfv olunması barədə prezidentə müraciət etdiklərini bildirib:

“Əziz dostlar! Bildiyiniz kimi, “Lamiyə” olayında həqiqətələrin aşkar olunması Lamiyənin azadlığa buraxılmasına gətirib çıxaran nəticələr verdi. Bildiyiniz kimi, mən, Lamiyənin nişanlısı olan, Vüqar Əliyevin hüquqlarını müdafiə edirəm. Müəyyən subyektiv səbəblərdən mart ayındakı əfv sərəncamında Vüqar Əliyevin adı qeyd olunmadı, lakin, bildirmək istərdim ki, Vüqar Əliyevin möhtərəm prezidentimizə müraciətlə təqdim etdiyi əfv ərizəsi Prezident Administrasiyası tərəfindən qəbul edilmişdir və yaxın gələcəkdə icra olunması gözlənilir…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR