Məşhur yəhudi milyarderin oğlu 18 milyarddan imtina edib müsəlman oldu – Foto

img1773873Türkiyəyə yatırdığı  investisiyalarla  tanınan , İsrailli  dünyaca məşhur  iş   adamı Sami Oferin oğlu Dalya Oferin, uzun müddət öncə  İslamı qəbul etdiyi üzə çıxıb.
Avropa.info  xəbər verir ki, Ofer  Türkiyənin  mətbuatına verdiyi açıqlamada 5 ildir Müsəlman olduğunu bildirib
Sami Oferin ölümündən sonra, Dalya Oferin atasından qalmaq 18 milyard  dollarlıq sərvəti rədd etməsi ətrafında ciddi qalmaqal yaşanmışdı. .
Sammi  Ofer, şirkətinin  52,4 faizlik  qismini  ikinci həyat yoldaşından olan, lakin üzünü heç vaxt görmədiyi  oğlu Dalya Oferə  miras buraxmışdı . Dalya Ofer, “Ofer Qardaşlar Qrupu”nun rəhbərliyinə  gəlmiş və 18 milyard dollarlıq sərvətin ortağı  olmuşdu . Vəsiyyət  görə Dalya, ailənin içinə  girdikdən sonra, bu  sərvətə  sahib olacaqdı. Dalya  Ofer həyatı boyu heç vaxt görmədiyi iki qardaşı Eyal Ofer və Idan Oferi beləliklə tanımış oldu. Qardaşlar arasında böyük bir irs davası başlayarkən  Dalya Ofer, qısa müddətdə  “Ofer Holdinq”in  prezidenti  kürsüsündə oturdu. Ofer qardaşların arasındakı davanın böyüməsindən qısa müddət sonra, Dalya   Ofer,  atası  Sami  Oferin 18 milyard dollarlıq sərvətini rədd etdi, Holdinqdən istefa verdi.
Mediada yayılan məlumatlara görə,  qardaşlar  Dalya Oferin  İslamı qəbul etdiyi üçün ona sui-qəsd hazırlayırlarmış.  Şirkət əməkdaşlarından Yasəf Beraha  mətbuata  verdiyi bəyanatında  Dalya Oferin, Dubay kral ailəsinin  üzvü Xamdan  əl-Məktum  ilə illərdir görüşdüyünü və onun vasitəçiliyi ilə Məkkədə Ümrə  ziyarəti edərək,  İslamı qəbul etdiyini açıqladı. Bəyanatda bildirilirdi ki, Dalyanın qardaşları  Eyal  və İdan bundan çox narahat olsalarda, Xamdan  əl-Məktumdan çəkindikləri üçün, ona heç nə edə bilmirlər. Həmçinin, Dalya Oferin holdinqə prezident olmasından yəhudi lobbisinin də narahat olduğu deyilirdi.
Siyasi elmlər və beynəlxalq münasibətlər fakultəsinin  məzunu olan  Dalya  Oferin Yaxın Şərq siyasəti üzrə dissertasiya müdafiə  etmək üçün Türkiyəyə gəldiyi və bu zaman İstanbulu çox bəyəndiyi qeyd edilir . Ofer, Türkiyədə bir siyasi partiyanın strategiya mütəxəssisi, iki holdinqin strategiya müşaviri kimi  çalışıb  və Türkiyəyə xarici investorlar  gətirib. Türk iqtisadiyyatına dəstək vermək üçün səy göstərib..
Dubay kral  ailəsinin  üzvü  Xamdan  əl-Məktumun  Türkiyəyə investisiya  qoymasının əsas səbəbkarının Dalya olduğu  bildirilir.
Sadə, normal bir həyat sürdüyünü və belə yaşamaq istədiyini deyən  Dalya Ofer, humanitar yardım işləri və xeyirxahlığı ilə də  tanınır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR