Azərbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hikmәt Hacıyev İsrailin terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməklə bağlı tövsiyəsinə münasibət bildirərkәn deyib ki: “Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür”. ( APA )
Bununla bağlı Milli Məclisin deputatı Yevda Abramov qafqaznews.org-a aşağıdakıları söyləyib : “ Hər bir ölkənin, o cümlədən İsrailin lazım bildiyi bəyanatı vermək hüququ var. Onu da qeyd etmək istəyirəm ki, bu gün heç bir dövlət terrordan sığortalanmayıb”.
Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)