Milli Məclisin üzvü Aydın Abbasov: “ Hökumətin fəaliyyətini müsbət qiymətləndiririəm”

Aydın_AbbasovMilli Məclisin yaz sessiyasının martın 17-də keçirilən növbəti iclasında Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iclasda Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti barədə hesabatla çıxış edib.
Müzakirələrdən sonra hesabat səsvermə yolu ilə təsdiq olunub.
Milli Məclisin üzvü Aydın Abbasov qafqaznews.org-a bildirib ki, mən hesabatı müsbət qiymətləndirirəm: “ İqtisadi böhran dünyanın böyük dövlətlərinin iqtisadiyyatına mənfi təsir göstərsə də, Azərbaycan iqtisadi stabilliyi qoruya bildi, hətta iqtisadi artım oldu. Həm də ölkənin valyuta ehtiyatı xarici borcu 8 dəfə üstələyir. Buna görə də, biz deputatlar hökumətin hesabatını müsbət qiymətləndirdik”.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR